İDMAN
Peskov: WADA ilə anlaşma əldə edilib, fikir ayrılıqları texniki xarakter daşıyırdı
Bakı, 9 yanvar, AZƏRTAC
Rusiya tərəfi Dünya Antidopinq Agentliyi ilə rusiyalıların dopinq problarının yoxlanmaq üçün verilməsi məsələsinə dair anlaşmaya nail olub. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə deyib ki, indi bu problemin yalnız bəzi texniki aspektləri həllini gözləyir.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, D.Peskov deyib: “WADA-ya təqdim edilməli məlumatlar keçən dəfə də hazır idi. Orada substansiya tipli deyil, logistik tipli müəyyən fikir ayrılıqları ortaya çıxdı. Məsələn, həmin məlumatların hansı daşıyıcılarda verilməsi və s. Biz öz idman idarələrimizin xətti ilə intensiv əlaqə saxlayırıq və bundan sonrakı işin necə aparılması barədə WADA nümayəndələri ilə anlaşmaya nail olmuşuq”.
Yanvarın 9-da WADA ekspertlərinin Moskvaya səfəri başlanır. Səfər müddətində onlar 2011-2015-ci illərdə rusiyalı idmançıların dopinq-problarının yoxlanılması barədə məlumat bazasının surətini əldə etməyə bir də cəhd göstərəcəklər. Bütövlükdə Rusiya idmanının taleyi bu missiyanın uğurundan asılı olacaq, çünki Rusiya Antidopinq Agentliyinə (RUSADA) qarşı ciddi sanksiyalar gözlənilir: onu beynəlxalq Antidopinq Kodeksinə uyğunluqdan məhrum edə bilərlər. WADA-nın nümayəndə heyətinin rəhbəri, ispan alimi Xose Antonio Paskual dekabrın 17-də öz həmkarları ilə birlikdə Moskvaya gəlmişdi. O vaxt Paskual öz səfərinin məqsədinə nail ola bilmədi: onun qrupu məlumat bazasının köçürülməsi üçün özləri ilə gətirdikləri avadanlıqdan istifadə etmək imkanından məhrum edildi, çünki həmin avadanlıq Rusiyada sertifikatlaşmadan keçməmişdi.
Bu işin əsas çətinliyi ondan ibarətdir ki, WADA öz hərəkətlərini Rusiyanın İstintaq Komitəsi ilə razılaşdırmalı idi. Moskvada bu avadanlığın saxlandığı laboratoriya hələ də möhürlənib. Artıq üç ilə yaxındır ki, federal təhqiqat davam edir. Bir məsələ aydın deyil: nə üçün bütün texniki məsələlər WADA tərəfindən əvvəlcədən müəyyən edilmiş müddətlərdə həll edilməyib, axı bundan ötrü üç aydan çox vaxt vardı. RUSADA-nın Beynəlxalq Antidopinq Kodeksinə müvafiqliyi sentyabrın 20-də bərpa olunub. Bundan əlavə, WADA nümayəndə heyəti Moskvaya hazırlıq səfərini hələ noyabr ayında həyata keçirib. Nəticədə Rusiya tərəfi RUSADA-nın statusunun bərpa olunması şərtlərini vaxtında yerinə yetirməyib – WADA dekabrın 31-nə qədər rusiyalı idmançıların Moskva laboratoriyasında saxlanılan dopinq problarını yoxlamaq imkanı əldə etməyib.