İDMAN
Peter Çambers: Sakit və təhlükəsiz şəhər olan Bakı final oyununa uğurla ev sahibliyi edəcək VİDEO
Bakı, 28 may, AZƏRTAC
Peter Çambers Mançester şəhərində doğulub, hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yaşayır. O, ailəsi ilə birlikdə UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gəlib. “Arsenal”ın azarkeşi olan Peter Çambers komandasının oyunda qələbə qazanmasını arzuladığını bildirib.
İngilis turist AZƏRTAC-a müsahibəsində Bakı haqqında da təəssüratlarını bölüşərək deyib: “Paytaxtınız çox xoşuma gəldi. Xüsusən Dənizkənarı Milli Park, Qız qalası yaddaşımda silinməz iz qoydu. Milli yeməkləriniz çox ləzzətlidir.
Düşünürəm ki, Bakı UEFA Avropa Liqasının final oyununu keçirmək üçün yaxşı məkandır. Sakit və təhlükəsiz şəhər olan paytaxtınız bu maraqlı qarşılaşmaya uğurla ev sahibliyi edəcək.
Ölkənizdəki insanlar qonaqpərvərdirlər. Ailəmlə birgə şəhəri gəzəndə şəxsən şahidi olduq ki, burada qonağa səmimi münasibət var. Əminəm ki, bu gözəl ölkəyə səfər edən hər bir azarkeş xoş anlar yaşayacaq”.
Xatırladaq ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə Londonun "Arsenal" və "Çelsi" klubları qarşılaşacaq. Oyun saat 23:00-da start götürəcək.