SİYASƏT


Peter Fisk: “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” hər bir cəmiyyətdə ehtiyac duyulan şüardır VİDEO

Paris, 5 oktyabr, AZƏRTAC 

Bu gün bütün dünyada insan kapitalının inkişaf etdirilməsinə böyük ehtiyac var. Xalqların rifahı, sosial-iqtisadi tərəqqi bununla çox bağlıdır. Bu baxımdan Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu mühüm önəm kəsb edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə həsr olunan simpoziumda iştirak edən insan kapitalı üzrə beynəlxalq ekspert Peter Fisk söyləyib.

Ekspert deyib ki, insan kapitalına sərmayə qoymaqla biz tərəqqiyə nail ola bilərik. İstedad, sağlamlıq və məşğulluq insan kapitalının vacib komponentləridir. “Azərbaycanın bu mövzunu seçməsi çox təqdirəlayiqdir. Mən bundan olduqca məmnunam. Çünki bu, hazırda bütün dünyada gündəmdə olan və hər bir ölkənin cəmiyyətində ehtiyac duyulan şüardır. Texnoloji inkişaf, innovasiyalar çox vacibdir. Lakin insan kapitalının inkişaf etdirilməsi, insanları gələcək texnoloji inkişafa hazırlamaq da xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın bu şüar altında həyata keçirdiyi layihələr gələcəyə böyük töhfə olacaq”, - deyə Peter Fisk bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.