CƏMİYYƏT
Peter Mixalko: Aİ Azərbaycanda gənclər üçün çox sayda imkanların təmin edilməsi istiqamətində fəaliyyət göstərir
Bakı, 5 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Azərbaycanda gənclər üçün çox sayda imkanların təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko oktyabrın 5-də keçirilən mətbuat konfransında söyləyib.
“İki mindən çox gənc azərbaycanlı tələbə Avropa Universitetlərində təhsil alma imkanı əldə edib. Bununla yanaşı, professor və müəllim heyətinin gənc üzvləri də mübadilə proqramları ilə Avropada çalışmaq imkanını əldə ediblər. 2014-2019-cu illər ərzində təqribən 3500 gənc azərbaycanlı tələbə, həmçinin professor və müəllim heyətinin üzvləri Erasmus+ çərçivəsində mübadilə proqramlarından yararlanıblar", - deyə səfir qeyd edib.
O bildirib ki, Erasmus+ proqramı çərçivəsində Avropaya üz tutan tələbə və professor-müəllim heyətinin sayında artım var. Yüzlərlə gənc tələbə Avropanın tədris ocaqlarında təhsil alacaq.