CƏMİYYƏT
Peter Mixalko: Aİ Azərbaycanda qadın zorakılığına qarşı mübarizəyə dəstək verməyə hər zaman hazırdır
Bakı, 19 may, AZƏRTAC
Avropa İttifaqı artıq xeyli vaxtdır ki, qadın zorakılığına qarşı mübarizədə Azərbaycanla birgə əməkdaşlıq edir. Zorakılıq qurbanlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə layihələr həyata keçirilir. Bunlar arasında ötən il reallaşdırılan tvininq layihəsini xüsusi qeyd etmək istərdim. Avropa İttifaqı bu məsələdə hər zaman dəstəyini verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mayın 19-da qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair Avropa Şurası standartları və bu kontekstdə milli parlamentlərin rolu mövzusunda keçirilən tədbirdə deyib.
Aİ rəsmisi bildirib: “Biz problemin qarşısını almalı və qadınların qayğısına qalmalıyıq. Qadınlara zorakılıq edənlərin, yəni, günahkarların islah edilməsi mütləqdir".
P.Mixalko bu məsələdə parlamentarilərin, vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndirib.