SİYASƏT
Peter Mixalko: Azərbaycan nəqliyyat və logistika sahəsində Avropa İttifaqının əsas tərəfdaşıdır
Bakı, 14 mart, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan nəqliyyat və logistika sahəsində Avropa İttifaqının əsas tərəfdaşıdır. Biz 2019-cu ildə yüksək səviyyədə dialoq formalaşdırmışıq. Bu əlaqələr bu gün də davam edir.
Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “Şərq Tərəfdaşlığında birlikdə daha güclüyük. Azərbaycan üçün faydaları?” mövzusunda keçirilən seminarda deyib.
Səfir qeyd edib ki, hazırda Avropada və regionda baş verən hadisələr fonunda bu əlaqələrin perspektivinin nə qədər ümidverici olduğunu görürük.
“Həmçinin müvafiq təsisat və qurumlarla da Azərbaycandakı şirkətlərə rəqabət və bazar imkanları sahəsində, xüsusən ixrac üçün Avropa bazarlarına daxil olmağa dəstək göstəririk. Bu vaxtadək 5 minə yaxın tələbə sahibkarlıq, maliyyə savadlılığı sahələrində məhz bu layihədən faydalanıblar”, – deyə P. Mixalko əlavə edib.