DÜNYA


Peter Siyarto: Qanunsuz miqrasiya insan hüququ deyil

Budapeşt, 29 oktyabr, AZƏRTAC

Miqrasiya insan hüququ deyil və sərhədləri qeyri-qanuni şəkildə keçmək və ya məskunlaşmaq üçün ölkələri istədikləri kimi seçmək insanın əsas hüquqları sırasına daxil deyil.

AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə Lüksemburqda bəyanat verib.

Nazir bildirib ki, Avropa İttifaqı hər dəfə miqrasiya məsələsi ilə bağlı addımlar atarkən beynəlxalq hüququ əsas götürməlidir və bu heç də o demək deyil ki, miqrasiya insan hüququdur.

Siyarto Aİ üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşündə fasilə zamanı jurnalistlərə bildirib ki, Macarıstan Birləşmiş Millətlər Təşkilatının miqrasiya barədə qlobal müqaviləsinin qəbul olunması prosesində iştirak etmir. Siyarto daha sonra əlavə edib ki, bu ilin sonuna qədər çox güman ki, başqa ölkələr də Macarıstanın mövqeyinə qoşulacaqlar.

Siyarto deyib: “Miqrasiya müqaviləsi qəbul edilə bilməz, çünki o, sülhə təhlükədir və Avropanın maraqlarına ziddir. Avropa İttifaqının BMT-də miqrasiya paketinə dair danışıqlarda Avropanın mənafelərini necə təmsil etməsinə, daha doğrusu təmsil etməməsinə görə biz çox məyus olmuşuq”.

Macarıstanın xarici işlər nazirinin fikrincə, Aİ-nin yüksəkvəzifəli nümayəndəsi Federika Moqerininin belə deməyə əsası yox idi ki, iqtisadi miqrasiya demoqrafik və iqtisadi problemlərə düzgün cavabdır. Siyarto deyib: “Macarıstan belə düşünmür. O, demoqrafiya və əmək bazarı problemlərinin miqrasiya yolu ilə edilməsini istəmir və bu fikrə hamı hörmət etməlidir”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.