SİYASƏT


Peter Sztaray: Macarlar türk xalqlarını qardaş xalq hesab edirlər

Budapeşt, 16 oktyabr, AZƏRTAC

Macarlar türk xalqlarını qardaş xalq hesab edirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Budapeştdə keçirilən “Türk dövlətləri - müstəqilliyin və əməkdaşlığın 30-cu ildönümü: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı beynəlxalq konfransda Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray bildirib.

Keçən il 44 günlük müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından məmnunluğunu ifadə edən Sztaray uzun illər davam edən münaqişənin sona çatması münasibətilə bölgə xalqlarını təbrik edib.

O, Macarıstanda yüzlərlə azərbaycanlı tələbənin təhsil aldığını xatırladıb. “Vətənlərinə qayıdaraq onlar xalqımızın elçiləri və dostlarımız olacaqlar”, - deyə diplomat vurğulayıb.

Sztaray ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rolunu vurğulayaraq, Macarıstanda daha böyük həcmdə Azərbaycan qazının gözlədiyini də qeyd edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.