MƏDƏNİYYƏT
“Peterburqun Bakı görüşləri” layihəsi çərçivəsində görüş
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da “Peterburqun Bakı görüşləri” layihəsi çərçivəsində Sankt-Peterburq Administrasiyası Xarici Əlaqələr Komitəsinin sədr müavini Sergey Markov Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində olub.
İdarədən AZƏRTAC-a bildirilib ki, şəhər mədəniyyət və turizm idarəsinin rəisi Vüqar Zeynalov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib.
Sankt-Peterburq Administrasiyası Xarici Əlaqələr Komitəsinin sədr müavini Sergey Markov layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsindən danışıb. O, əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədi ilə Sankt-Peterburqda Bakı günlərinin keçirilməsini təklif edib.
Görüşdə əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.