İQTİSADİYYAT


“Petlim”ə uzunluğu 350 metrdən çox olan dünyanın ən böyük konteyner gəmiləri yan ala biləcək

Bakı, 16 avqust, AZƏRTAC

“Petlim” limanına uzunluğu 350 metrdən çox olan dünyanın ən böyük konteyner gəmiləri yan ala biləcək.

AZƏRTAC “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ) istinadla xəbər verir ki, ikinci fazası da istifadəyə verildiklən sonra “Petlim” Türkiyənin üçüncü böyük limanı olacaq.

Qeyd edək ki, İzmirin Əliağa rayonundakı liman iki fazadan ibarətdir və 380 milyon dollara başa gələcək. “Petlim” Egey dənizi hövzəsində ən iritutumlu limandır. Limanda birinci faza üzrə həftənin 5 günü xidmət göstərilir. İkinci fazası da istifadəyə verildikdən sonra liman 1,5 milyon TEU konteyner saxlama gücünə malik olacaq.

SOCAR-ın Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 53 faizi STEAŞ-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.