İDMAN


Petr Çex karyerasını buzüstü xokkey komandasında davam etdirəcək

Bakı, 10 oktyabr, AZƏRTAC

Çexiya milli komandasının və İngiltərənin “Arsenal” futbol klubunun sabiq qapıçısı Petr Çex buzüstü xokkey komandası olan “Quildford Foeniks”də çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, ötən il futbolçu karyerasını bitirən 37 yaşlı qapıçı buzüstü xokkeydə də qapıçı olacaq və 33 nömrəli forma geyinəcək.

Xatırladaq ki, son olaraq “Arsenal”da oynayan Çex karyerası ərzində “Çelsi”, “Renn” və “Sparta”nın şərəfini qoruyub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.