SİYASƏT


Petr Vavjik: Xarici Missiyalar Təlim Mərkəzində azərbaycanlı hərbçilərin də təlim keçməsi arzuolunandır

Varşava, 10 oktyabr, AZƏRTAC 

Polşanın Kielse şəhərindəki Xarici Missiyalar Təlim Mərkəzi Şərqi və Mərkəzi Avropadakı əsgərlər üçün məşq poliqonu ola bilər.

AZƏRTAC xəbər verir ki, bunu Polşanın Xarici İşlər nazirinin müavini Petr Vavjik mərkəzə baxış zamanı jurnalistlərə müsahibəsində deyib. O vurğulayıb ki, sözügedən yer mühüm beynəlxalq təlim mərkəzi şərtlərinə cavab verir. Birləşmiş Millətlər Təşkilatının Tədris Mərkəzindən sertifikat almaq üçün müraciət edildiyini də bildirən nazir müavini bunun üçün potensial olduğunu bildirib.

Petr Vavjik əlavə edib ki, mərkəzdə Azərbaycan, Belarus və Ukrayna kimi ölkələrin hərbi qulluqçularının təlim keçməsi də arzuolunandır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.