DÜNYA


Petro Poroşenko: Bu il xarici ölkələrə gedən ukraynalıların sayı 10-15 faiz artıb

Kiyev, 1 noyabr, AZƏRTAC

Bu il xarici ölkələrə gedən ukraynalıların sayı 10-15 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iş adamları ilə görüşündə çıxışı zamanı Ukrayna Prezidenti Petro Poroşenko məlumat verib.

Prezidentin sözlərinə görə, 2017-ci ilin statistikası ilə müqayisədə, 2018-ci ildə xarici ölkələrə gedən və gələn ukraynalılar 200 mindən artıq olub.

Poroşenko bildirib ki, Ukraynanın işçi qüvvəsinə normal şəraitin yaradılması üçün müəyyən işlər görülməlidir. İlk növbədə, əməkhaqlarının qaldırılması vacibdir. Ukraynanın əmək bazarını Asiya yox, Avropa İttifaqı ölkələri səviyyəsinə çatdırmaq önəmlidir.

Prezident vurğulayıb ki, hazırda Ukraynada 4,5 milyon insan minimum əməkhaqqı alır.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.