DÜNYA


Petro Poroşenko: Ukraynada hərbi vəziyyətin müddəti artırılmayacaq

Kiyev, 3 dekabr, AZƏRTAC

Ukraynanın 10 vilayətində 30 gün müddətinə elan edilən hərbi vəziyyətin artırılmayacağına ümid edirəm.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Poroşenko bəyan edib. Bildirib ki, bu müddət ərzində planlaşdırılan işlər başa çatacaq və hərbi vəziyyətin elan olunmasına ehtiyac qalmayacaq. Prezident qeyd edib ki, bu dövrdə vətəndaşları müdafiə etmək və düşmənin zərbəsindən qorunma qabiliyyətini gücləndirmək üçün müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

Xatırladaq ki, Ukrayna Ali Radasının qərarı ilə noyabrın 26-dan etibarən Odessa, Sumı, Xarkov, Nikolayev, Çerniqov, Vinnitsa, Luqansk, Herson, Donetsk, Zaporojya vilayətlərində, həmçinin Azov dənizində 30 gün müddətinə hərbi vəziyyət elan edilib. Bu barədə qərar Rusiya silahlı qüvvələrinin Kerç körfəzində Ukraynaya məxsus gəmilərə silahlı müdaxiləsindən sonra verilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.