DÜNYA


Petro Poroşenko kadr təyinatlarında səhvini etiraf edib

Kiyev, 9 aprel, AZƏRTAC

Ukrayna Prezidenti Petro Poroşenko kadr təyinatlarında səhvini etiraf edib.

AZƏRTAC xəbər verir ki, Prezident bu barədə Ukraynanın İctimai televiziyasında “Azad söz” verilişində məlumat verib.

P.Poroşenko bildirib ki, o Prezidentliyi dövründə əsas strateji vəzifələrə biznes tərəfdaşlarını, yaxın insanlarını qoymayacaq. Çünki bu cür təyinatlarda səhvlər olub.

"Bu, kadr siyasətində səhvdir. Mən hər hansı ad və ya soyad çəkməyəcəyəm. Biznes tərədaşlarımın, yaxın adamlarımın vəzifəyə təyinatında səhvlərim olub”,- deyə Prezident əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.