DÜNYA


Petro Poroşenko prezident seçkisində digər namizədə dəstək verəcəyini istisna etməyib

Kiyev, 17 dekabr, AZƏRTAC

Ukrayna prezidenti Petro Poroşenko prezident seçkilərində daha layiqli namizədin olacağını istisna etməyib.

AZƏRTAC xəbər verir ki, Poroşenko bu barədə dekabrın 16-da keçirdiyi mətbuat konfransında məlumat verib.

“Mən Ukrayna xalqına çox etibar edirəm. Xalqımın seçki məsuliyyətinə inanıram. Əgər seçkilərdə daha layiqli namizəd olsa, ona dəstək verəcəyəm”, - deyə ölkə prezidenti bildirib.

O, prezident seçkilərində iştirak edib-etməyəcəyini açıqlamayıb: “İndi hələ hazır deyiləm, çünki seçki kampaniyasına start verilməyib”.

Qeyd edək ki, Ukraynada prezident seçkisi 2019-cu ilin martın 31-də keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.