“Petroqrafiya” dərsliyi nəşr olunub
AzerTAg.az

Bakı, 25 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Faydalı qazıntılar kafedrasının müəllimləri tərəfindən “Petroqrafiya” dərsliyi hazırlanıb və nəşr etdirilib.
Bu barədə AZƏRTAC-a Geologiya fakültənin dekanı Mamoy Mansurov məlumat verib. M.Mansurov bildirib ki, dərslik ali məktəbin Geologiya, Geologiya və geofizika mühəndisliyi, Mədən mühəndisliyi, Neft-qaz mühəndisliyi ixtisaslarında tədris olunan Petroqrafiya kursunun proqramına uyğun hazırlanıb.
Dərslik dörd hissədən ibarətdir. Birinci hissədə Yerin daxili quruluşu haqqında müasir təsəvvürlər təsvir olunur. İkinci hissədə kristallooptikanın əsaslarına, süxur əmələ gətirən və aksessor mineralların xüsusiyyətləri və diaqnostikasına baxılıb. Nəşrin üçüncü hissəsi maqmatik süxurların petroqrafiyasına həsr olunub. Bu hissədə maqmatik süxurların struktur, teksturları və yatım şəraitləri, ayrı-ayrı süxur tiplərinin petroqrafik təsviri, habelə vulkanoklastik süxurlar və maqmatik süxurların əmələgəlmə səbəbləri verilib. Dördüncü hissədə isə metamorfik və metasomatik süxurların petroqrafiyası təsvir edilib.
Xəbərin mətnində orfoqrafik səhv var