İQTİSADİYYAT


“Peyklər və orbitlər” adlı vebinar təşkil olunacaq

“Peyklər və orbitlər” adlı vebinar təşkil olunacaq

Bakı, 13 aprel, AZƏRTAC

Aprelin 16-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən növbəti dəfə “Peyklər və orbitlər” adlı vebinar keçiriləcək.

AZƏRTAC ASC-yə istinadla xəbər verir ki, vebinarın əsas auditoriyası 9-11-ci sinif şagirdləri və universitet tələbələridir.

Qeyd edək ki, vebinar saat 16:00-dan 17:30-a kimi “MS Teams” onlayn platforması üzərindən keçiriləcək. Vebinar “Azərkosmos”un Peyk əməliyyatları qrupunun rəhbəri Rüstəm Allahverdiyev tərəfindən təqdim olunacaq. Vebinarda iştirak ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.