REGİONLAR


Peyntbol üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb

Naxçıvan, 14 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Paralimpiya və Atıcılıq federasiyalarının birgə təşkilatçılığı ilə Atıcılıq Mərkəzində keçirilən sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçıları və onlara bərabər tutulan şəxslər arasında peyntbol üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, birincilikdə 8 komandada 40 nəfər iştirak edib.

Oyunların yekun nəticəsinə əsasən Sədərək rayon, Naxçıvan şəhər və Şahbuz rayon komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Mükafatlandırma mərasimində Gənclər və İdman naziri Azad Cabbarov muxtar respublikada idmanın dinamik inkişaf etdiyini vurğulayıb.

Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli çıxışında sözügedən idman növünün muxtar respublikada təbliğ olunduğunu, rayonlarda da atıcılıq üzrə idman klublarının yaradıldığını, TİR meydançalarının formalaşdırılması istiqamətində işlərin diqqətdə saxlanıldığını qeyd edib.

Paralimpiya Federasiyasının sədri Nicat Babayev isə muxtar respublikada hər yaş kateqoriyasından olan sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində federasiya tərəfindən davamlı olaraq bir sıra idman yarışlarının keçirildiyini bildirib.

Qaliblərə təşkilatçılar tərəfindən diplom, medal, kubok, mərmi kuponları və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.