CƏMİYYƏT


Peyvəndləmə nəticəsində əmələ gələn anticisimlər xəstəliyi törədən virusu zərərsizləşdirir

Bakı, 26 noyabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə istifadə edilən peyvəndlər orqanizmdə məlum infeksiyanın “şərti xəstələnmə modeli”ni yaradır. Nəticədə orqanizm virusa qarşı anticisim, yəni onu məhv edən bioloji fəal hissəciklər hazırlayır. Buna immunitet deyilir. Əmələ gələn qoruyucu anticisimlər xəstəliyi törədən virusu məhv edir. Burada ruhi stabillik, yəni xəstəlikdən qorxmamaq, pozitivə yüklənmək və həyat eşqinin yüksək olması həlledici şərtdir. Müsbət psixi vəziyyət anticisimlərin biosintezini və antiviral fəallığı yüksəldir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor bildirib ki, anticisimlər virusları tam məhv etdikdən və ya neytrallaşdırdıqdan sonra parçalanaraq orqanizmdən xaric olur: “Ona görə də COVID-19-dan sağalmış və ya peyvənd olunmuş vətəndaşların orqanizmlərində yaranmış anticisimlərin miqdarı tədricən azalır və 6-8 ay sonra minimal həddə enir. Anticisimlərin azalması, hətta sıfırlanması bizi qorxutmamalıdır. Nəzərə almaq lazımdır ki, orqanizmin xüsusi immun hüceyrələri olan limfositlər peyvəndləmə və ya xəstələnmə zamanı spesifik anticisimlər də (B yaddaş hüceyrələri) sintez edir. Həmin hüceyrələr “yaddaş kartını” insan dünyasını dəyişənədək saxlayır. Dünya əhalisinin yalnız 20 faizində isə ümumiyyətlə qoruyucu anticisimlər əmələ gəlməyə və ya minimum sayda ola bilər. Hətta belə olan halda da virusun sürət əksi hüceyrə yaddaşına yazılır. Ona görə də peyvəndləmədən bir müddət sonra anticisimlərin azalması ciddi narahatlığa səbəb olmamalı və bu, vətəndaşları vaksinasiyadan yayındırmamalıdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.