DÜNYA
“Pfizer” və “BioNTech” kompaniyaları koronavirus peyvəndinin Avropada istifadəsi üçün müraciət edib
Bakı, 1 dekabr, AZƏRTAC
ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” kompaniyaları koronavirusa qarşı peyvəndin istifadəsi üçün Avropada Dərman Vasitələri Agentliyinə müraciət ünvanlayıb.
AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir.
“Pfizer” və “BioNTech” kompaniyaları hazırladıqları COVID-19 əleyhinə potensial BNT162b2 vaksininin şərti çatdırılmasına icazə almaq üçün noyabrın 30-da Avropada Dərman Vasitələri Agentliyinə rəsmi müraciət edib”, - deyə “BioNTech” kompaniyasının press-relizində bildirilir.
Həmçinin bir müddət öncə məlum olub ki, ABŞ-ın qida məhsulları və tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəsi dekabrın 10-da “Pfizer” və “BioNTech” kompaniyaları tərəfindən birgə hazırlanan vaksinin Birləşmiş Ştatlarda istifadəsinə icazə verilməsi ilə bağlı iclas keçirəcək.
Qeyd edək ki, yekun sınaqlarda həmin vaksin 95 faizlik effektivlik göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]