MƏDƏNİYYƏT


Pianoçuların Adilə Əliyeva adına XII Beynəlxalq Müsabiqəsi keçiriləcək

Bakı, 14 yanvar, AZƏRTAC

Martın 14-dən 18-dək Fransada (Anmas) və İsveçrədə (Cenevrə) pianoçuların Adilə Əliyeva adına XII Beynəlxalq Müsabiqəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Fransa hökumətinin iştirakı ilə yüksək səviyyədə təşkil edilən müsabiqənin fəxri prezidenti görkəmli bəstəkar və dirijor, Fransa İnstitutunun üzvü Loran Petijirar, münsiflər heyətinin sədri Fransada yaşayan həmvətənimiz Adilə Əliyevadır.

Müsabiqə peşəkar pianoçular (təvəllüd tarixi 01.01.1973 – 31.12.1996-cı illər) və gənc pianoçular (təvəllüd tarixi 01.01.1997 – 31.12.2004-cü illər) kateqoriyalarında keçiriləcək. Sənədlər martın 1-dək qəbul edilir. Müsabiqənin ümumi mükafat fondu 26 min avro, o cümlədən Qran-pri 15 min avrodur.

Müsabiqə haqqında geniş məlumatı http://sbam.yolasite.com saytından əldə etmək olar.

Qeyd edək ki, Adilə Əliyeva Bakıda anadan olub. Sonralar Moskvaya köçən Adilə Əliyeva P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. O, 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-diskin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.