MƏDƏNİYYƏT


Pikasso və El Qrekonun sənət əsərləri arasında bağlılıq

Bakı, 4 iyul, AZƏRTAC

Pikasso və El Qreko öz üslubu ilə seçilən iki dahi rəssam kimi yaddaşlarda qalıb. Onları birləşdirən cəhət Pikassonun tək üç əsr əvvəl bütün şablonları dağıdan yunanıstanlı rəssama olan heyranlığı deyil, həm də ömürlərinin sonuna yaxın hər ikisinin fırçadan sərbəst və özünəməxsus bir tərzdə istifadə etməsidir.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, sentyabrın 25-dək El Qreko Muzeyində Pikassonun 2 rəsm əsəri – “Kresloda oturmuş sombrerolu qadın” və “Venera və məhəbbət” nümayiş olunur. Muzeylərarası mübadiləyə qoşulan İsveçrənin Basel Bədii İncəsənət Muzeyi isə öz növbəsində El Qrekonun “San Xuan”, “San Bartolome” və “San Simon” rəsmlərini sərgiləyir. Hər iki sərgi El Qreko ilə Pikasso arasında olan bağları açmağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.