MƏDƏNİYYƏT


Pikassonun rəsm əsəri Honkonq hərracında 24,6 milyon dollara satılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Məşhur ispan fırça ustası Pablo Pikassonun çəkdiyi rəsm əsəri Honkonq hərracında 24,6 milyon dollara satılıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi bildirib.

Məbləğ əsərə qoyulan ilkin dəyərləndirmədən çox da kənara çıxmayıb. Satılan “Çömbəlmiş qadın” əsərində rəssam öz həyat yoldaşı Jaklin Roku təsvir edib.

Eyni hərracda 9.1 milyon dollara Hollandiyalı rəssam Vinsent Van Qoqun natürmortu, 10,3 milyon dollara isə çin mənşəli fransız abstraksionisti Sanyunun “Yatmış gözəl” əsəri satılıb.

Hərracda fransalı heykəltaraş Oqüst Rodenin yaratdığı Napoleon Bonapartın büstü səbəbi açıqlanmadan satışdan çıxarılıb. Bu əsər 70-90 milyon Honkonq dolları civarında qiymətləndirilmişdir. Büst 1930-cu illərdə itkin düşmüş hesab olunurdu. Sənətşünaslar 2015-ci ilə qədər onun harada olduğundan xəbərsiz idilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.