İDMAN


Pilotlar komandası yenidən futbol ulduzları ilə qarşılaşacaq

Bakı, 8 may, AZƏRTAC 

Monako Qran-Prisindən əvvəl Formula 1 və digər seriyaların pilotlarının daxil olduğu “Nazionale Piloti” komandası ilə “AS Star” ulduz futbolçuların komandası arasında ənənəvi futbol matçı keçiriləcək. “Ulduz” komandanın tərkibində, həmçinin Monako knyazı II Alber də meydana çıxacaq.

AZƏRTAC xəbər verir ki, ötən il II Lui stadionunda yenidənqurma işləri ilə əlaqədar oyun Fransanın Mentona şəhərində keçirilmişdi. Lakin oyun bu dəfə mayın 21-də axşam saat 7-də yenidən Monakoda, uik-end başlanmazdan əvvəl keçiriləcək.

Oyunlara biletlər stadionun kassalarında satılır. Biletin qiyməti 15 avrodur, 14 yaşınadək olan uşaqlar üçün isə giriş pulsuzdur. Oyundan yığılan vəsait ənənəvi hərracdan gələn gəlirlər kimi xeyriyyə hesabına köçürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.