DÜNYA


Pilotlu “Soyuz” raketində startdan sonra qəza baş verib VİDEO

Bakı, 11 oktyabr, AZƏRTAC

Beynəlxalq Kosmik Stansiyaya uçmalı olan “Soyuz BS-10” raketinin ikinci pillə mühərrikləri startdan sonra sönüb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Baykonur kosmodromundakı mənbənin sözlərinə görə, qəza startdan 119 saniyə sonra birinci pillənin yan bloklarının ikinci pillənin mərkəzi blokundan ayrılması zamanı baş verib. Qəza mayakı işə düşüb, kosmik gəmi hissələrə ayrılıb və paraşüt açılıb.

Hazırda ekipaj üzvlərinin – Rusiya kosmonavtı Aleksey Ovçininin və NASA-nın astronavtı Hik Heyqin sağ olduğu və Qazaxıstanda qəza enişi etdikləri bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.