MƏDƏNİYYƏT


“Pincee de Safran” portalı Azərbaycana səyahətdən yazıb

Paris, 9 may, AZƏRTAC

“Pinceedesafran” səyahət portalında “Azərbaycana səyahət: təəssüratlar və bildiklərimiz” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə odlar yurdu Azərbaycan haqqında ətraflı məlumat verilib. Ölkəmizin fenomenal qaz və neft ehtiyatlarından, Yanar Dağ, Atəşgahdan söz açılıb.

Qobustan qoruğu, ölkəmizdə 9 iqlim zonası olması, zəngin mədəniyyətimiz və qastronomiyamız, eləcə də ölkəmizin coğrafiyası məqalədə müfəssəl təqdim olunub.

Qədim və müasir memarlığın ən gözəl incilərini özündə cəmləşdirən Bakının Şərqin Parisi və Dubay adlandırıldığı diqqətə çatdırılıb. Alov Qüllələri, Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi kimi nadir memarlıq inciləri haqqında məlumat verilib.

Müxtəlif dinlərin nümayəndələrinin mehriban ailə kimi birgə yaşamasından, katolik, ortodoks kilsələri, Sinaqoqlar haqqında yazılıb.

Ölkəmizdə qadınların cəmiyyətdəki yerindən danışılıb. Azərbaycanlıların qonaqpərvərliyi və mehribanlığı xüsusi vurğulanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.