İQTİSADİYYAT
Pirallahı Sənaye Parkında şpris zavodu istifadəyə veriləcək
Bakı, 22 yanvar, AZƏRTAC
Bu ilin birinci rübündə Pirallahı Sənaye Parkında şpris zavodunun istifadəyə verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 milyon ABŞ dollarından çox olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır. 2019-cu ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaq: “Eyni zamanda, birinci rübdə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm" MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]