Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Pirallahı rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Pirallahı rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin 27 Sentyabr - Anım Gününün təsis edilməsi haqqında 2020-ci il 2 dekabr tarixli Sərəncamının icrası, eyni zamanda, 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə rəsmi anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vasif İmanovun, rayonun hüquq-mühafizə orqanlarının, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinin, Pirallahı rayonundan 44 günlük Vətən müharibəsində iştirak etmiş veteranların, qazilərin və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbir Vətən uğrunda abidə kompleksi qarşısında təşkil olunub.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Pirallahı şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub, Gürgən qəsəbə qəbiristanlığında yerləşən məzarları rayon rəhbərliyi, idarə-müəssisə, təşkilat rəhbərləri və şəhid ailələri tərəfindən ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb.

Sonra rayon icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Vətən uğrunda abidə kompleksinin ətrafı və mərkəzi yolboyu ağacəkmə aksiyası təşkil edilib, şəhidlərimizin əziz xatirəsinə 150 ədəd müxtəlif növ ağac və gül kolları əkilib.

Aksiya başa çatdıqdan sonra RİH başçısı və qonaqlar tədbirin keçiriləcəyi abidə kompleksinin qarşısına gəlib və ümumrayon tədbiri açıq elan olunub. Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Pirallahı şəhidlərinin şəkillərinin əks olunduğu abidə kompleksinin qarşısına gül dəstələrinin qoyulması ilə başlayıb.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açılış nitqi ilə çıxış edərək sentyabrın 27-nin xalqımızın müstəqillik dövrünün ən vacib günlərindən biri və 30 illik işğalın, zülmün, qanunsuzluğun sonunun başlanğıcı günü olduğunu bildirib. Bununla yanaşı, RİH başçısı 44 günlük müharibədə iştirak edərək şücaət göstərmiş, qəhrəmanlıqla həlak olmuş və ya sağlamlığını itirmiş hər bir vətəndaşın öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdığını və onların hər birinin daim dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Həmin günlərdə Pirallahı rayonunun gənclərinin də Vətənin müdafiəsi üçün ayağa qalxdığını bildirən V.İmanov Pirallahı rayonundan yüzlərlə gəncin ordu sıralarına yazılmaq üçün müraciət etdiyini və ümumilikdə 97 rayon sakininin Vətən müharibəsində qəhrəmanlıqla iştirak etdiyini vurğulayıb.

Vasif İmanov sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatları xatırladaraq, həmin günlərdə Ordumuzun göstərdiyi şücaətin bizləri qürurlandırdığını, ancaq təəssüf ki, əks-hücum əməliyyatları zamanı 80 hərbi qulluqçumuzun şəhid olduğunu ifadə edib. V.İmanov onu da diqqətə çatdırıb ki, onların qisası bu dəfə də artıqlaması ilə alınıb.

Sonra Vətən müharibəsi iştirakçısı, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Kazımov Anar İlqar oğlu çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın mətanəti və hərbçilərimizin qəhrəmanlığı nəticəsində əldə edilən möhtəşəm Qələbə Azərbaycanın şanlı tarixinə əbədi olaraq həkk olunub. A.Kazımov dövlətimizin daim şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı ilə yanaşdığını və hər bir şəxsin bu diqqəti öz üzərində hiss etdiyini diqqətə çatdırıb. Anar Kazımov bunun üçün bütün Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələri adından Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Daha sonra Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü Fazil Məhəmmədov bu möhtəşəm Qələbə ilə Azərbaycan dövlətçiliyinin böyük bir imtahandan şərəflə çıxdığını bildirib. O vurğulayıb ki, bu parlaq Qələbənin əldə olunmasında ən böyük amillər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm siyasi iradəsi, Ordumuzun rəşadəti və xalqımızın Ali Baş Komandanın arxasında bir yumruq kimi birləşməsi idi. F.Məhəmmədov onu da diqqətə çatdırıb ki, ölkəmizdə yüksək vətənpərvər ruhlu gənc nəsil formalaşıb. Bunun başlıca səbəbi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasətidir. Fazil Məhəmmədov Azərbaycan gəncliyinin qarşısında bundan sonra da mühüm vəzifələr dayandığını, gənclərin dövlətimizin başçısının yüksək etimadını doğrultmağa, qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməyə çalışmalı olduğunu qeyd edib.

Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların hər birinin daim ölkə rəhbərliyinin xüsusi diqqətində olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO