CƏMİYYƏT
Pirallahı rayonunda “Əbədiyaşar Lider” adlı tədbir keçirilib
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının və Pirallahı rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Əbədiyaşar Lider” adlı tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatından AZƏRTAC-a verilən məlumata görə, Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə Milli Məclisin deputatları, Pirallahı rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya miqyaslı siyasətçi və dövlət xadim ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, onun xilaskarlıq missiyasından bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlarda ölkəmizdə vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardan, ağsaqqallara göstərilən dövlət qayğısından bəhs olunub.
Tədbirin bədii hissəsində 168 saylı orta məktəbin şagirdlərinin ifasında kompozisiya nümayiş etdirilib.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.