İQTİSADİYYAT


Pirallahı rayonunda Mübariz İbrahimov küçəsi təmir olunur VİDEO

Bakı, 5 may, AZƏRTAC

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda 2 kilometr uzunluğa malik Mübariz İbrahimov küçəsi təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri çərçivəsində küçəboyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçə profilə salınaraq, optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Təmir işlərinin aparıldığı ərazinin sahəsi 12 min kvadratmetr təşkil edir.

Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri yerlərdə yağış barmaqlıqları quraşdırılır, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunur. Sonda zəruri yerlərdə yeni yol nişanları qoyulacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək. Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.

Xatırladaq ki, agentlik tərəfindən cari ildə Pirallahı rayonu ərazisində uzunluğu 2,9 kilometr olan Süleyman Bağırov və 1,1 kilometrlik Gənclik küçələrində də təmir işləri aparılıb.

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.