CƏMİYYƏT


Pirallahı rayonunda Silahlı Qüvvələr Günü münasibətilə idman yarışı keçirilib

Bakı, 28 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı S.Bağırov 3 (V.Mustafazadə adına Mədəniyyət Mərkəzi) ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Pirallahı rayon təşkilatı, Pirallahı Rayon İcra Hakimiyyəti, V.Mustafazadə adına Mədəniyyət Mərkəzi və Azərbaycan Kosiki Karate Federasiyasının birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında Azərbaycan Kosiki Karate Federasiyasının nəzdində olan “ÇEMPİON” Kontakt karate Klubunun birinciliyi üzrə yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı Vüqar Nəsirov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru Ramin Məmmədov, Azərbaycan Kosiki Karate Federasiyasının prezidenti Rəfail Bünyatov, Federasiyasının birinci vitse-prezidenti Yuriy Mustafayev, Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin atası Elman Nəbiyev, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Dövlət Himni səsləndirilib, daha sonra ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Milli Ordumuzun yaranmasının 104-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirib. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atılıb. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz indi dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.

Natiqlər 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin keçdiyi şərəfli və qürurlu döyüş yolundan danışaraq, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək xalqımızın düşmən üzərindəki möhtəşəm Zəfərlə şanlı tarix yazdığını vurğulayıblar.

Gənclər arasında fiziki hazırlığın daim yüksək formada saxlanılması və idmana həvəsin artırılması məqsədi daşıyan yarışın sonunda qaliblər diplom, medal və kuboklarla mükafatlandırılıblar.

Şagirdlərin ifasında Vətən müharibəsi şəhidi, “ÇEMPİON” Kontakt karate Klubunun fəxri üzvü Elmar Nəbiyevin əziz xatirəsinə bəstələnmiş mahnı səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.