CƏMİYYƏT


Pirallahı rayonunda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Hər il 21 sentyabr – “Beynəlxalq Sülh Günü” ərəfəsində ənənəvi olaraq “Sülh aylığı” çərçivəsində bir sıra kütləvi maarifləndirmə tədbirləri keçirilir. Pirallahı rayonunda da sülh və insan hüquqlarının təbliği məqsədi ilə tədbir təşkil olunub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə YAP rayon təşkilatının üzvləri, təhsil və mədəniyyət ocaqlarının işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin şöbə müdiri, YAP rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək avqustun 21-dən sentyabrın 21-dək aylıq çərçivəsində "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəaları əsasında ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışıb.

Tədbirin bədii hissəsində sülh mövzusunda şeirlər səsləndirilib, mahnı və rəqslər ifa olunub.

Tədbir zamanı Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzi və 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələri arasında keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.