İQTİSADİYYAT


Pirallahı rayonunda dövlət əhəmiyyətli obyektlərin tikintisi davam etdirilir

Bakı, 3 iyul (AZƏRTAC). Pirallahı rayonunun baş planı çərçivəsində dövlət əhəmiyyətli obyektlərin inşasına diqqət artırılmışdır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, “Bakıelektrikşəbəkə” ASC-nin müvafiq qurumunun binası üçün S.Vurğun küçəsində 0,52 hektar torpaq sahəsi ayrılmışdır. Bu ilin martında həmin ərazidə birmərtəbəli inzibati binanın tikintisinə başlanılmışdır. Hazırda inşası davam etdirilən binanın sahəsi 400 kvadratmetr, hündürlüyü isə 5 metr olacaqdır.

İnşası davam etdirilən Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında betonlama işlərinə başlanmışdır. Layihəyə əsasən, inzibati bina dörd mərtəbədən ibarət olacaqdır. Klassik və modern üslubun sintezini özündə əks etdirən bina həm də rayonun görkəminə xüsusi gözəllik verəcəkdir.

Bundan əlavə, Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binasının da tikintisi davam edir. Hazırda binanın fasad hissəsinə üzlük daşlar vurulur. Burada da işlər qrafikə uyğun aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.