CƏMİYYƏT


Pirallahı rayonunda karantin rejimi qaydalarına əməl olunmasına dair nəzarət-profilaktik tədbirlər davam etdirilir

Bakı, 7 oktyabr, AZƏRTAC

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxtın Pirallahı rayonu ərazisində qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsi və dövlət yol polis bölməsi əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda və mağazalarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Koronavirusun profilaktikasına dair metodiki göstərişlərlə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.