CƏMİYYƏT


Pirallahı rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə reydlər keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 4-də Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında təbliğat işlərinin aparılması məqsədilə RİH tərəfindən yaradılmış mobil qrup üzvlərinin birgə iştirakı ilə koronavirus pandemiyasının rayonu ərazisində yayılmasının qarşısının alınması və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunması ilə bağlı reyd keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı rayon ərazisində fəaliyyətinə icazə verilən müəssisə və obyektlərə baxış keçirilərək əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində, apteklərdə və bankomatların qarşısında qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Həmçinin aidiyyəti qurumların rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.

Keçirilən reyd nəticəsində sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində müvafiq tədbirlər görülüb. Son üç gün ərzində aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplarının üzvləri tərəfindən rayon ərazisində fəaliyyət göstərən 120-dən artıq ticarət və ictimai-iaşə obyektində reydlər aparılıb, 12 vətəndaşa karantin rejimi qaydalarını pozduğuna və gigiyenik qaydalara riayət etmədiyinə görə xəbərdarlıq edilib, 2 nəfər isə cərimələnib.

Qeyd edək ki, gün ərzində rayon ərazisində genişmiqyaslı dezinfeksiya işləri də həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən mərkəzi küçələrdə, məhəllədaxili yollarda, yaşayış məhəllələrində, çoxmənzilli binalarda və parklarda sanitar təmizlik dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işlərinin mütəmadi aparılması üçün Mənzil-Kommunal Təsərrüfatı Birliyinə çoxsaylı canlı qüvvə və lazımi texnika cəlb olunub.

Bundan sonra da Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar vasitəsilə mütəmadi olaraq reydlər keçiriləcək və Rayon Polis Şöbəsi tərəfindən karantin rejimin tələblərini pozan şəxslər barəsində qanuni tədbirlər davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.