CƏMİYYƏT


Pirallahı rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Pirallahı rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan dövlətçiliyinin xilaskarı, görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 12-ci ildönümü ilə əlaqədar Pirallahı rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrində Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yoluna nəzər salınır, bu dahi şəxsiyyətlə bağlı xatirələr bölüşülür. Çıxış edənlər vurğulayıblar ki, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən dahi Heydər Əliyev həyatını müstəqil Azərbaycanın uğurlu gələcəyinə həsr edib. O, təzyiqlərə mərdliklə sinə gərərək, dünyaya Günəş kimi doğan müstəqil Azərbaycan dövlətini qurub. “Heydər-xalq”, “Xalq-Heydər” sevgisi daimidir, əbədidir. Dahi lider bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə yaşayacaq. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha işıqlı gələcəyə doğru inamla irəliləyəcək.

Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilmiş anım mərasimində isə Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.