CƏMİYYƏT


Pirallahıda Vətən müharibəsi şəhidi Vüsal Babayevin xatirəsi anılıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Pirallahı rayonunda 44 günlük Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsal Sübbuh oğlunun anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Pirallahı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının rəhbər şəxsləri və nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri qəhrəmanın məzarını ziyarət edib, önünə əklillər qoyaraq ruhuna dualar oxuyublar.

Anım mərasimində iştirak edənlər şəhid ailələrinin dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirib, onların bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını qeyd ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Vüsal Babayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.