Pirallahıda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan göz müayinəsi aksiyası keçirilib
AzerTAg.az
Bakı, 28 aprel, AZƏRTAC
Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında orta ümumtəhsil müəssisələrinin şagirdləri göz müayinəsindən keçiblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, xəstəxanada ixtisaslı həkimlər tərəfindən şagirdlərin görmə qabiliyyətləri müəyyən edilib, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılıb. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər veriblər.





Xəbərin mətnində orfoqrafik səhv var