İQTİSADİYYAT
Pirallahıda yüksək texnologiyalar parkı yaradılır
Bakı, 1 may (AZƏRTAC). Son illər paytaxtın yeni yaradılmış Pirallahı rayonunda tikinti işləri geniş miqyas almışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayon ərazisində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün ayrılmış 2 hektar torpaq sahəsində 2,8 meqavat gücündə günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisinə başlanılmışdır. Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyevin imzaladığı Fərmanın tələb olunan səviyyədə icrası və “Yüksək Texnologiyalar Parkı”nın biznes planının daha mükəmməl hazırlanması istiqamətində də tədbirlər görülür.
Eyni zamanda, Baş plana uyğun olaraq Pirallahı Rayon Polis Şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. Rayon enerji təchizatı və satışı idarəsinin inzibati binasının inşasına da başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]