İDMAN


“Pirelli” Azərbaycan Qran-Prisi üçün şinləri müəyyən edib

Bakı, 12 yanvar, AZƏRTAC

“Pirelli” şirkəti aprelin 27-dən 29-dək Formula-1 yarışmasının dördüncü mərhələsi olacaq Azərbaycan Qran-Prisində istifadə ediləcək şinlərin tərkibini açıqlayıb.

AZƏRTAC “F1News.ru”ya istinadla xəbər verir ki, italiyalı şin istehsalçıları Bakıya “Soft”, “SuperSoft” və “UltraSoft” şinlərini gətirəcəklər.

Komandaların “Soft” və “SuperSoft” şinlərindən istifadə etməsi məcburidir. Onlar ən azı hərəyə bir dəst sifariş verməli və yarışmada heç olmasa birindən istifadə etməlidirlər. Ötən il Bakıdakı yarışlarda “Medium”, “Soft” və “SuperSoft” şinlərindən istifadə olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.