İDMAN


“Pirelli” Formula 1 Azərbaycan Qran-Prisində istifadə ediləcək şinlərin tərkibini açıqlayıb

Bakı, 22 fevral, AZƏRTAC

“Pirelli” şirkəti iyunun 5-dən 7-dək Formula 1 yarışmasının səkkizinci mərhələsi olacaq Azərbaycan Qran-Prisində istifadə ediləcək şinlərin tərkibini açıqlayıb.

AZƏRTAC “F1News.ru”ya istinadla xəbər verir ki, italiyalı şin istehsalçıları Bakıya “C-2” (sərt), “C-3” (orta) və “C-4” (yumşaq) şinlərini gətirəcəklər.

Komandaların “C-2” və “C-3” şinlərindən istifadə etməsi məcburidir. Onlar ən azı hərəyə bir dəst sifariş verməli və yarışmada heç olmasa birindən istifadə etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.