İDMAN


“Pirelli” şirkəti Formula 1 Azərbaycan Qran-Prisində hansı şinlərdən istifadə ediləcəyini açıqlayıb

Bakı, 9 mart, AZƏRTAC

“Pirelli” şirkəti Formula 1 Azərbaycan Qran-Prisində hansı şinlərdən istifadə ediləcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, şirkət Bakıya sərt – C2, C3 və C4 tərkibli şinləri gətirəcək.

Cari ildə komandalar hər həftəsonu – sərt, orta və yumşaq kateqoriyalı şinlərdən istifadə edə biləcəklər. Sərtliyinə görə beş kateqoriyaya ayrılan şinlərdən yalnız üçündən istifadə etmək mümkündür. Şinlərin seçilməsi isə trekin xüsusiyyətindən asılıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.