CƏMİYYƏT


Pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 5 dekabr, AZƏRTAC

Pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan qayıdan Azərbaycan vətəndaşının idarə etdiyi “İsuzu” markalı avtomobil saxlanılıb.

Vətəndaş ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində xüsusi düzəldilmiş saxlanc yerində, üzərində “Petarda Blyskowo” yazısı olan 1332 ədəd, üzərində “Petardy” yazısı olan 3000 ədəd, üzərində “Triangle” yazısı olan 4000 ədəd pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.