CƏMİYYƏT


Pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana keçən “Mercedes Benz 220” markalı avtomobil saxlanılıb.

Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən öncə avtomobilin sahibi gömrük bəyannaməsinin bəndlərinə uyğun şifahi sorğu-sual edilib. Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin sağ və sol yan karnizlərinin içindən üzərində “BİGCRACKER A15” yazısı olan, hər birində 10 ədəd olmaqla 100 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.