MƏDƏNİYYƏT


Pirşağı qəsəbə Mədəniyyət evi konsert proqramı ilə çıxış edib

Bakı, 17 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Pirşağı qəsəbə Mədəniyyət evi N saylı hərbi hissədə konsert proqramı təşkil edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə Mədəniyyət evinin “Əks Səda” ansamblı, dram dərnəyinin və muğam sinfinin şagirdlərinin ifasında mahnı və şeirlər səsləndirilib. Rəqs kursunun şagirdləri rəqs nömrələri nümayiş etdiriblər.

Sonra hərbi hissənin komandiri mədəniyyət evinə fəxri fərman təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.