Piter Paxl: Konfransın müasir teatrın aktual problemlərinin müzakirə edilməsi baxımından əhəmiyyəti böyükdür
AzerTAg.az
Bakı, 6 noyabr, AZƏRTAC
Bu beynəlxalq konfransın müasir teatrın aktual problemlərinin müzakirə edilməsi baxımından əhəmiyyəti böyükdür. Həmçinin gələcək əməkdaşlıq istiqamətində də belə tədbirlərin keçirilməsi vacibdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Almaniyanın Pianopianissimo musiqili teatrının baş direktoru Piter Paxl deyib.
O deyib: “Bakıda olmağıma çox şadam. Bu mənim ilk səfərimdir. Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı çox möhtəşəm bir tədbirdir. Həmçinin ölkənizin daha bir böyük tədbirə “Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyindən də məlumatlıyam”.
Dünyada beynəlxalq teatr konfranslarının keçirilməsinin bir ənənə olduğunu söyləyən qonaq Üçüncü Bakı Beynəlxalq Teatr Konfransının bu sırada xüsusi yer tutduğunu qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var