ELM VƏ TƏHSİL


Piter Tims: IAEA 2019 ekspertlərin bir yerdə müzakirələr aparmasına gözəl şərait yaradır

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakıda keçirilən IAEA 2019 beynəlxalq konfransı təhsilin qiymətləndirilməsi sahəsi ilə məşğul olan ekspertlərin bir yerdə müzakirələr aparmasına gözəl şərait yaradır.

Bu sözləri IAEA-2019 konfransının əsas məruzəçisi, Durham Universitetinin professoru Piter Tims AZƏRTAC-a müsahibəsində deyib.

“İnanıram ki, tədbir iştirakçıları təhsilin qiymətləndirilməsində yeni ideyalardan bəhrələnəcək, təhsildə qiymətləndirmə sistemində yeni yanaşmalarla tanış olacaq, kompüter texnologiyalarından istifadə edərək qiymətləndirilmənin aparılması prosesi ilə tanış olacaqlar. Bugünkü sessiyanın mövzusu təhsildə qiymətləndirmənin müxtəlif modellərinin tətbiq olunmasına həsr olunmuşdu. Biz adətən yalnız kompüter və kağız üzərində aparılan qiymətləndirmə üsullarından danışırıq. Bununla yanaşı, müəllim və şagirdlərin rəyi də qiymətləndirmədə vacibdir. Ümumiyyətlə, bütün sessiyalarda imtahanların qiymətləndirilməsi prosesinin şəffaf və etibarlı şəkildə keçirilməsi barədə fikir mübadiləsi də nəzərdə tutulur”, - deyə Piter Tims qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.