CƏMİYYƏT


Pıtrağın tikanları bir sıra ağır xəstəliklərin müalicəsində istifadə edilir

Bakı, 15 sentyabr, AZƏRTAC

El arasında dilarvadotu adlandırılan pıtraq yol kənarlarında, kövşənlərdə, boş və açıq ərazilərdə yabanı halda yetişir. Alaq otu kimi pal-paltara, coraba ilişib qalan pıtrağın sarı tikanları xalq təbabətində bir sıra ağır xəstəliklərin müalicəsində istifadə edilir.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, bu bitkinin tərkibi yodla zəngindir. Onun təzə çəkilmiş şirəsi qızılcanın müalicəsində tətbiq olunur. Bitkinin təzə yarpaqlarından hazırlanan gel dəmrov, ekzema və göbələk xəstəlikləri zamanı dəri zədələnməsində faydalı təsir göstərir.

Pıtraq otu bronxial astma zamanı nəfəsvermə çətinləşəndə tənəffüs yollarının spazmını aradan qaldıran uğurlu vasitədir. Bitkinin bişirməsi bağırsaq sancıları, ishallar, mədə-bağırsaq pozulmaları və dizenteriyada, eyni zamanda müxtəlif dəri xəstəlikləri zamanı qəbul edilir. Pıtraq otunun toxumlarından boğaz və qırtlaq xərçəngi və vərəmin müalicəsində istifadə olunur.

Bitkinin toxumları xırda-xırda doğranılaraq siqaret kimi çəkilir və yaxud bir ovuc toxum 2 stəkan suya tökülür, üzərinə qaynar su əlavə edilərək vam ocaqda qaynadılır və əmələ gələn buxarla 3-5 dəqiqə nəfəs alınır. Babasil və oynaqlarda revmatizm zamanı yarpaqların təzə sıxılmış suyundan təpitmə qoyulur. Pıtraq bitkisindən böyrək, sidik kisəsi iltihabının müalicəsi ilə yanaşı anginalarda da qarqara kimi istifadə edilir.

Dəri xəstəlikləri zamanı, xüsusən də övrə, göbələk xəstəlikləri, dəri xərçəngi, ekzema, dəmrov, çivzə kimi səpgilərdə daxilə qəbul edilir, həmçinin vanna, islatma, müalicəvi məlhəm və maz şəklində tətbiq olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.