İQTİSADİYYAT


Piyada keçidinə su sızması suvarılma üçün nəzərdə tutulmuş xətdə baş vermiş qəza ilə bağlıdır

Bakı, 20 iyun, AZƏRTAC

Piyada keçidinə su sızması suvarılma üçün nəzərdə tutulmuş xətdə baş vermiş qəza ilə bağlıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması faktı qeydə alınıb. Dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş verib və nəticədə su keçidə sızmağa başlayıb.

Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.